Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.
İlham Əliyevi Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri – Zurab Pataridze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri – Faiq Quliyev qarşılayıblar.
Səfər çərçivəsində İrakli Ğaribaşvili ilə İlham Əliyev arasında təkbətək görüş nəzərdə tutulub. Bundan sonra Gürcüstanın Baş naziri və Azərbaycan Respublikasının Prezidenti mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
İlham Əliyev Gürcüstana hökumət nümayəndə heyəti ilə birlikdə səfər edib.