This is a specific ad

Gürcüstanda sement, keramik plitələr və tavan məhsullarına nəzarət ediləcək

53

Another advertisement

2024-cü il yanvarın 1-dən gips-karton, konstruktiv metal, sement, keramik plitələr, yapışqan-sement və tavan məmulatlarına nəzarətə başlanılacaq.

Qafqaztürk xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, gələcəkdə tikinti məhsullarına (o cümlədən dam örtüyü, blok, kərpic, hörgü məmulatları, döşəmə məhsulları, yanğından mühafizə vasitələri, aqreqatlar və istilik izolyasiya məhsullarına) nəzarət sahəsinə 62 yeni məhsulun əlavə edilməsi planlaşdırılır.

2023-cü ilin mart-sentyabr ayları ərzində 49 təsərrüfat subyekti tərəfindən bazara satışa çıxarılan 75 adda tikinti məhsulları yerli bazarda da yoxlanılıb, onlardan 26-sı üzrə tövsiyələr verilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
მთავრობა ცემენტის, კერამიკული ფილებისა თუ ჭერის პროდუქტების ზედამხედველობას დაიწყებს
Öncəki yazı
Türkiyəli deputat: “Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi önəmli mesajdır”