This is a specific ad

2023-cü ildə Gürcüstanda qeydiyyatdan keçmiş Rusiya şirkətlərinin 99%-nin fəaliyyət sahəsi məlum deyil

54

Another advertisement

2023-cü ildə Gürcüstanda qeydiyyatdan keçmiş Rusiya şirkətlərinin 99%-nin fəaliyyət sahəsi məlum deyil.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

O cümlədən, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanda Rusiya vətəndaşlarının iştirakı ilə 9364 şirkət qeydiyyatdan keçib, onlardan 9278 şirkət fəaliyyət sahələrini dəqiqləşdirməyib.

Rusiya şirkətlərinin fəaliyyət göstərdikləri sahələr bunlardır:

İnformasiya və rabitə – 58 subyekt

Peşə, elmi və texniki fəaliyyət – 13subyekt topdan və pərakəndə ticarət;

Avtomobil və motosiklet təmiri – 5 subyekt

Yerləşdirmə və ərzaq təchizatı fəaliyyəti – 3 subyekt

İnzibati və yardımçı xidmətlərin fəaliyyəti – 2 subyekt

İncəsənət, əyləncə və istirahət – 1 subyekt

Daşınmaz əmlakla bağlı fəaliyyət – 1 subyekt

Nəqliyyat və anbar təsərrüfatı – 1 subyekt

Digər xidmətlər – 1 subyekt

Bundan əlavə, Saxstat-ın məlumatına görə, 2022-ci ildə Gürcüstanda Rusiya tərəfinin iştirakı ilə 15 166 şirkət qeydiyyatdan keçib, onlardan 12 713 şirkətin fəaliyyət sahəsi məlum deyil.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Gürcüstan Prokurorluğu bir nəfərə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı irəli sürüb
Öncəki yazı
7 oktyabr tarixinə olan rəsmi valyuta məzənnəsi