Another advertisement
Qazax rayonunun 7 kəndi və Kərki Azərbaycana qaytarılır.
QafqazTürk.com xəbər verir ki, Paşinyan Qranada şəhərində Qarabağı bir daha Azərbaycanın tərkib hissəsi hesab edərək ölkə ərazisini 86,6 min km² kimi tanıyan bəyanata imza atıb.
Məlumat üçün bildirək ki, Azərbaycanın 86.6 min kvadrat km ərazisinə Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də daxildir. Beləliklə, Paşinyan bu gün imzaladığı bəyanatla erməni işğalında olan bu ərazilərin də Azərbaycana qaytarılmasına razılığını bildirib.