Another advertisement
Türkiyə hakimiyyəti Ukrayna münaqişəsinin həllinə yönəlmiş geniş beynəlxalq toplantı hazırlayır.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata əsasən tədbir oktyabr ayına planlaşdırılıb.
“Müxtəlif ölkələrdən milli təhlükəsizlik müşavirləri məsləhətləşmələr üçün İstanbula səfər edəcək. Görüş iştirakçıları Ukraynada uzunmüddətli sülhə nail olmağın yollarını müzakirə edəcəklər”, – deyə mənbədən qeyd edilib.
Görüşdə ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı gözlənilir.
Rusiya tərəfi dəvət olunmayıb.
Çin nümayəndələrinin İstanbula gedib-getməyəcəyi isə hazırda məlum deyil.