This is a specific ad

Gürcüstanda şəkər tozu bahalaşıb?

57

Another advertisement

2023-cü ilin əvvəlindən bu günə qədər dünya bazarında şəkərin qiyməti təxminən 30% artıb. Oktyabrın 4-də Beynəlxalq Birjada 1 funt (0,45 kq) şəkərin qiyməti 25,7 sent təşkil edib.

Qeyd olunur ki, şəkərin qiymət artımı 2020-ci pandemiya ilindən başlayıb və sonrakı qiymət artımına müxtəlif amillər təsir edib.

Dünyanın ən böyük şəkər istehsalçılarında məhsulun azalması sentyabr ayında şəkərin qiymətini son illərdə ən yüksək səviyyəyə çatdırdı, lakin bu qiymət artımı Afrikanın ən yoxsul ölkələrinə ən çox zərbə vurdu.

Gürcüstana gəlincə, 2023-cü ilin yanvar-avqust aylarında ölkəyə 68,7 milyon ABŞ dolları dəyərində şəkər daxil olub ki, bu da ötən il ilə müqayisədə 38,8% çoxdur.

Ölkədə ən böyük idxalçılar Braziliya (34,1 milyon), Birləşmiş Ərəb Əmirlikləri (9,2 milyon) və Mərakeşdir (6,2 milyon).

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Paşinyan istefa verməyə hazır olduğunu açıqlayıb
Öncəki yazı
5 oktyabr tarixinə olan rəsmi valyuta məzənnəsi