This is a specific ad

Türkiyə Prezidenti: “Terrorçular Türkiyədə sabitliyi sarsıda bilməyəcəklər”

50

Another advertisement

“Türkiyədə sülh və sabitliyi sarsıtmağa çalışan terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar”.

QafqazTürk.com xəbər verir ki, bu bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə əlaqədar söhbətində deyib. 

Ərdoğan hadisəni “terrorçuların son əzablarından biri” adlandırıb. 

Bununla yanaşı, Ərdoğan Rusiya-Ukrayna müharibəsindən də danışıb. 

Ərdoğanın sözlərinə görə, dünya iqtisadiyyatının tarazlığını pozan Rusiya-Ukrayna müharibəsinin nəticələri “hər gün müxtəlif aspektlərdə özünü göstərir”.

O qeyd edib ki, dünyada inflyasiyanın səviyyəsi son 60-70 ildə ən yüksək həddə çatıb.

Onun sözlərinə görə, indiki vəziyyətdə “heç kim, o cümlədən inkişaf etmiş ölkələr parlaq gələcək görə bilməz”. 

Ərdoğan bildirib ki, mənfi tendensiyalar “istəksizcə Türkiyəyə də təsir edəcək”. 

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan və Azərbaycan arasında növbəti əməkdaşlıq
Öncəki yazı
Bu gündən Nobel həftəsi başlayır