This is a specific ad

Gürcüstan polisi erməni diasporasının Azərbaycana qarşı təxribatına icazə verməyib

59

Another advertisement

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib.

QafqazTürk.com xəbər verir ki, paytaxtın Vake parkı adlanan ərazisinə toplanmış təxminən 100-dək diaspora üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin qarşısına yürüş edib.

Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.

Polis radikal qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib. Aİ nümayəndəliyi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra ərazini tərk ediblər. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiya verməyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ქართველმა პოლიციამ სომხური დიასპორის პროვოკაცია აზერბაიჯანის წინააღმდეგ არ დაუშვა
Öncəki yazı
საქართველოს აზერბაიჯანელთა კონგრესის განცხადება