Another advertisement
Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
QafqazTürk.com bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş nəticəsində Azərbaycanın hərbi qulluqçusu Vüsal Xeybalı oğlu Orucov şəhid olub.
Azərbaycanın hərbi bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Allah rəhmət eləsin!