This is a specific ad

2 oktyabradək gözlənilən hava şəraiti – PROQNOZ

56

Another advertisement

“Oktyabrın 2-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, Tbilisidə qısamüddətli yağış yağa bilər. Hava temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hava temperaturunun gün ərzində +26, +28 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): sentyabrın 29-30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, oktyabrın 1-də günün sonunda bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hava temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hava temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Kartlidə (Marneuli, Rustavi, Bolnisi, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hava temperaturunun gün ərzində +25, +27 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro) sentyabrın 29-30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, oktyabrın 1-də günün sonunda bəzi yerlərdə yağış yağacağı gözlənilir. , ola bilsin dolu. Hava temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hava temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calqa, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hava temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
BMT Şurasında Güney Azərbaycanla əlaqədar hesabat təqdim edilib
Öncəki yazı
Gürcüstan iqtisadiyyatının avqust ayı üzrə STATİSTİKASI