This is a specific ad

Şairə Səadət Butanın minnətdarlığı

61

Another advertisement

“Sazın, sözün Butası” təşkilatının rəhbəri, Gürcüstanın şərəf ordenli şairəsi, Səadət Buta “Dmanisi şəhərinin Fəxri Vətəndaşı” medalı ilə təltif edilib.

QafqazTürk.com xəbər verir ki, təltifetmə mərasimi 26 sentyabr tarixində Dmanisidə keçirilən “Dmanisoba” el bayramında baş tutub.

Şairə Səadət Buta ona bu adı layiq görən hər kəsə təşəkkür edib.

“Sentyabr ayının 26-da “Dmanisoba” bayramı oldu. Bu bayram mənim həyatımda iki bayram oldu çünki həmin gün Gürcüstan dövlətinin “Dmanisi şəhərinin Fəxri Vətəndaşı” medalı ilə təltif edildim.

Mənim 72 yaşımda bu sevinci mənə bəxş eləyən Gürcüstan dövlətinə, gürcü xalqına, Dmanisi şəhər meri Koba Muradaşviliyə, bələdiyyənin deputatlarına və bələdiyyə sədrinə öz dərin minnətdarlığımı bildirirəm. İndiyə qədər mən öz xalqımın xidmətində canla, başla durmuşam. İndən belə də qalan ömrümdə gürcü-azərbaycan xalqının dostluğuna və Gürcüstan dövlətimə canla, başla qulluq eləməyə hazıram.
mən fəxr edirəm ki, Gürcüstan vətəndaşıyam.
50 yaşımda “Şöhrət ordeni”, 72 yaşımda isə “Dmanisi şəhərinin Fəxri Vətəndaşı” medalını verdi.
Torpağın şən, bayrağın uca olsun mənim Gürcüstanım, mənim Dmanisi şəhərim!”.

P.S Biz, QafqazTürk Media ailəsi olaraq Səadət Buta xanımı təbrik edirik və ona gələcək həyatında çoxlu uğur arzulayırıq!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
პოეტ საადატ ბუტას დაჯილდოვება
Öncəki yazı
Zelenski Şevçenkonu özünə müşavir təyin etdi