Another advertisement
Ukrayna prezidenti Vladimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonu ştatdankənar müşavir təyin edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə fərman Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.
Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında hücumçu kimi çıxış edib.
2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin məşqçisi olub. 2022-ci ilin fevralında o, İtaliyanın “Cenoa” klubundan ayrılıb.