Another advertisement
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Aparatı Gürcüstanın Dövlət Qulluğu Bürosu ilə əməkdaşlıq edərək “1+4 proqramı”nı uğurla bitirərək ali təhsilini dəvam etdirən tələbələrə təcrübə proqramı təklif edir .
Proqram çərçivəsində etnik azlıqların nümayəndələri müsabiqə əsasında təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Xüsusi yaradılmış idarələrarası müsabiqə komissiyası müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq təcrübəçilərin seçilməsini təmin edir.
Təcrübə proqramları ilə maraqlanan gənclər 19 oktyabradək HR.gov.ge saytında ərizə formasını doldurmalıdırlar.