Another advertisement
Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, qripə qarşı peyvəndin 200 min dozası oktyabrın ikinci yarısından etibarən hazır olacaq.
Riskli qruplar dövlət tərəfindən qrip peyvəndini pulsuz alacaqlar.
Qabunianın sözlərinə görə, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz sərəncam hazırlayıb yaxın bir neçə gün ərzində dərc edəcək.
“Bu il 200 min doza qripə qarşı vaksinin alınması planlaşdırılır. Ötən il də eyni sayda almışdıq və bu rəqəm kifayət qədərdir. Oktyabrın ikinci yarısında vaksinlərin tibb müəssisələrinə paylanacağını gözləyirik. Kriteriyalar eynidir, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz sərəncam hazırlayacaq və bu yaxın bir neçə gün ərzində klinikalara veriləcək”, – Qabunia bildirib.