Another advertisement
Artıq 13 min 500-dən çox şəxs Qarabağ bölgəsindən Ermənistan ərazisinə daxil olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“Sentyabrın 26-da səhər saat 8:00-a olan məlumata görə, Dağlıq Qarabağdan 13 550 məcburi köçkün Ermənistan Respublikasına daxil olub”, – deyə Ermənistan hökumətinin bəyanatında bildirilib.
Hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edəcək.
Xatırladaq ki, Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatından sonra Qarabağ bölgəsinin etnik erməni əhalisi bölgəni tərk etməyə başlayıb.