Another advertisement
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.
QafqazTürk.com xəbər verir ki, deputatların və əməkdaşların təhlükəsizliyinin qorunması məqsədilə binaya giriş məhdudlaşdırılacaq.
Məhdudiyyət media işçilərinə aid edilməyəcək.
Qeyd edək ki, bu gün müxalifətin tələbi ilə iqtisadiyyat naziri Levan Davitaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxış edəcəklər.
Bununla paralel olaraq müxalifət və tərəfdarları parlament binası qarşısında hökumət əleyhinə aksiya keçirəcəklər.