Another advertisement
Tbilisi, Batumi, Lançxuti və Tsaqeridə həyata keçirilən əməliyyat- istintaq tədbirləri nəticəsində “Oğru dünyası” ilə əlaqəsi olan 13 nəfər saxlanılıb, 2 nəfər barədə isə qiyabi ittiham irəli sürülüb.
İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrini həll etmək və şəxsi fayda əldə etmək üçün xaricdəki “qanuni oğrularla” əlaqə saxlayıblar.
Onlar güc yolu ilə vətəndaşlar arasındakı mübahisələri həll etməyə çalışıblar. Təqsirləndirilən şəxsləri 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.