Another advertisement
Marneuli balədiyyəsinin Tamarisi və Xocornu kəndlərində “Budruqana-Qaqra” Dövlət Kölgə Teatrı “Dörd fəsil” tamaşasını təqdim edəcək və ustad dərsləri keçirəcək.
Görüşdə həmçinin “İakob Qoqebaşvili – Həyat və Vətəndaşlıq” adlı maarifləndirici sənədli- animasiya filminin nümayişi də nəzərdə tutulub.
Layihənin tərəfdaşları Marneuli Munisipaliteti Meriyası və Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzidir. Sözügedən layihə – Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi tərəfindən maliyyələşdirilir.
Qeyd edək ki, tamaşa Tamarisi kəndində 25 sentyabr 15:00-da, Xocornu kəndində isə 29 sentyabr saat 13:00-da baş tutacaq.