This is a specific ad

Zaxarova sülhməramlıların öldürülməsinə münasibət bildirdi

37

Another advertisement

Vicdansızların sülhməramlıların fəaliyyətlərini şübhə altına alma cəhdləri və bu nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə böhtançıların üzərinə əbədi rüsvayçılıq ləkəsi düşəcək“.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bunu sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edən Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qeyd edib ki, İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, “xoşbəxtliyi” NATO və Aİ-də axtarmağı tərcih edib.

Məhz Brüsselin və baş məsləhətçi – Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir“, – deyə Zaxarova vurğulayıb.

XİN rəsmisi bildirib ki, İrəvanın bu qərarı Qarabağ məsələsinin nizamlanmasında həlledici rol oynayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Müdafiə Nazirliyi: “Qarabağ Azərbaycan torpağıdır və hansısa status qəbuledilməzdir”
Öncəki yazı
Paşinyan sülhdən danışdı: “Gələcək naminə bu yoldan keçməliyik”