This is a specific ad

Paşinyan sülhdən danışdı: “Gələcək naminə bu yoldan keçməliyik”

45

Another advertisement

“Almaata Bəyannaməsi və bununla əlaqədar sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir”.

QafqazTürk.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 21-də Müstəqillik Günü ilə əlaqədar etdiyi müraciətində deyib.

Son vaxtlar xarici və regional siyasət apararkən 1991-ci il dekabr Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikasının da imzaladığı müvafiq sənədlərə əsaslandığım üçün tez-tez tənqid olunuram. Çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır. Məsələ burasındadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir ki, burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqillik əldə etməsinin siyasi və hüquqi əsasları qeyd olunur. Və buna görə də, həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırışlar Ermənistanın müstəqilliyindən, suverenliyindən və ərazi bütövlüyündən əl çəkməyə çağırışdır və bütün nəticələr bundan irəli gəlir.
Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz mühit lazımdır. Sülh müstəqilliyi və suverenliyi təmin etdiyi kimi təhlükəsizliyi də təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi münaqişələr fonunda sülhdən danışmaq adekvat deyil. Ancaq xüsusilə bu şərtlərdə sülhə dəyər verilməli və sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır. Sülh münaqişələrdən, dövlətlərarası, millətlərarası münaqişələrdən uzaq bir mühitdir. Bu yol asan deyil, xarici və daxili sarsıntılardan keçir və biz müstəqillik naminə, dövlətçilik naminə, gələcək naminə bu yolu keçməliyik
“, – deyə Paşinyan qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Zaxarova sülhməramlıların öldürülməsinə münasibət bildirdi
Öncəki yazı
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş yekunlaşdı