İraqın Kərkük şəhərində türk dilinin rəsmi dil kimi istifadə edilməsi barədə qərar qəbul edilib. Bu qərarı Kərkük valisi Rakan Əl-Cuburi imzalayıb və qüvvəyə minib.
QafqazTürk.com xəbər verir ki, müvafiq qərarı Kərkük valisi Rakan Əl-Cuburi imzalayıb və qərar qüvvəyə minib.
Qərardan sonra Kərkük Qubernatorluğu və Əyalət Şurası şəhərdəki rəsmi ofislərin və açıq hava lövhələrinin türkcəyə uyğunlaşdırılması üçün işlərə başlayıb.
Sentyabrın 18-dən qüvvəyə minən bu qərar türk dilinin bütün Kərkükdə rəsmi dil kimi qəbul edilməsini təmin edir. Bundan əlavə, şəhərdəki bütün məktəblərin lövhələri yenilənərək bu dillərə uyğunlaşdırılacaq.
Kərkük valisi Rakan Əl-Cuburi, rəsmi ofislərlə yanaşı, açıq hava lövhələrinin də araşdırılması və türk dilinin əskik olduğu bütün lövhələrdə türkcənin istifadə edilməsi barədə göstəriş verib. Bu qərara əlavə olaraq ərəb, kürd və süryani də Kərkükdəki lövhələrdə istifadə ediləcək dillər arasında öz yerini alacaq.
Bu qərar bütün Kərkükdə böyük sevinclə qarşılandı. Türkmənlərin sıx yaşadığı bu şəhərdə türkcənin rəsmi dil kimi qəbul edilməsi türkmən icması üçün mühüm inkişaf kimi qiymətləndirilir. Bu qərar Kərkükün mədəni və dil müxtəlifliyini əks etdirən bir addım kimi diqqət çəkir.