Another advertisement
Ermənistanın paytaxtı İrəvanda müharibədə ölənlərin dəfn olunduğu məzarlıqda (Yerablur hərbi panteonu) vəziyyət gərginləşib.
QafqazTürk.com xəbər verir ki, 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri ilə deputatlar arasında dava düşüb.
Toqquşmanın qarşısını almaq üçün polislərin müdaxiləsinə zərurət yaranıb.
Belə ki, bu gün Ermənistanın müstəqillik günüdür və ziyarətə gələn dövlət rəsmilərini içəri buraxmamaq üçün valideynlər bütün gecəni məzarlığın girişində olublar.