This is a specific ad

İlham Əliyev: “Mənim tərəfimdən hərbi birləşmələrimizə Qarabağda mülki əhalinin qorunmalı olması ilə əlaqədar ciddi tapşırıq verilmişdi”

43

Another advertisement

“Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır”.

QafqazTürk.com xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”, – deyə İlham Əliyev qeyd edib.

AzərTac

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan Prezidenti: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”
Öncəki yazı
Paşinyan Putinə zəng etdi