This is a specific ad

Sklerozdan əziyyət çəkənlərin NƏZƏRİNƏ! – XƏBƏR VAR

44

Another advertisement

“Sklerozun müalicəsi üçün tədqiqatların və bahalı dərmanların maliyyələşdirilməsi qarşılanacaq”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi Şəhər Şurasının Sağlamlığın Mühafizəsi və Sosial Məsələlər Komissiyasının sədri Zurab Çikviladze bildirib.

“Biz həmvətənlərimizin qayğısına qalmaqda davam edirik. 2021-ci ildən başlayaraq biz “Skleroz dərmanları və tədqiqatları” maliyyələşdirmə proqramına start verdik.
Bugünkü qərara əsasən, Tbilisidə qeydiyyatda olan bütün vətəndaşlar proqram çərçivəsində lazımi tədqiqatlar və dərmanlar üçün tam maliyyələşdiriləcəklər”, – deyə Zurab Çikviladze bildirib.

Zurab Çikviladzenin sözlərinə görə, proqram çərçivəsində Tbilisidə qeydiyyatda olan vətəndaşlar üçün lazım olan tədqiqatların və dərman vasitələrinin maliyyələşdirilməsi ilə əlaqədar qərar Şəhər Şurasının növbəti iclasında təsdiqlənəcək.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Gürcüstan parlamentində dava düşdü
Öncəki yazı
Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub