Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun oyunlarına yekun vurulacaq.
QafqazTürk.com xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qrupunun görüşləri keçiriləcək.
A qrupunda yer alan Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Qrupun digər görüşündə Almaniyada “Bavariya” İngiltərə “Mançester Yunayted”i ilə üz-üzə gələcək.
İspaniya “Real Madrid”i ilk turda evdə Almaniyanın “Union” klubu ilə qarşılaşacaq. Ötən mövsümün finalçısı “İnter” (İtaliya) “Real Sosyedad”ı (İspaniya) sınağa çəkəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
20 sentyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) – “Kopenhagen” (Danimarka)
23:00. “Bavariya” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə)
C qrupu
20:45. “Real Madrid” (İspaniya) – “Union” (Almaniya)
23:00. “Braqa” (Portuqaliya) – “Napoli” (İtaliya)
B qrupu
23:00. “Arsenal” (İngiltərə) – PSV (Niderland)
23:00. “Sevilya” (İspaniya) – “Lans” (Fransa)
D qrupu
23:00. “Real Sosyedad” (İspaniya) – “İnter” (İtaliya)
23:00. “Benfika” (Portuqaliya) – “Zaltsburq” (Avstriya)