Another advertisement
“Axırıncı siniflərdə təhsil alan şagirdlər üçün peşə təhsili məcburi olacaq“.
QafqazTürk.com xəbər verir ki, bu barədə təhsil naziri Giorgi Amilaxvari məlumat verib.
Onun sözlərinə görə, tələbələrə məktəb attestatı ilə yanaşı, peşə təhsili almaq üçün müvafiq sənəd də veriləcək.
“Praktiki olaraq, biz inteqrativ proqramlar deyilən proqramları tətbiq etməklə, axırıncı siniflərdə peşə təhsilini ümumtəhsilin məcburi hissəsinə çevirmək istəyirik, çünki bu, artıq istənilən şagirdə ümumtəhsil haqqında attestatla birlikdə təhsil almaq imkanı verəcək”, – deyə Giorgi Amilaxvari qeyd edib.