Another advertisement
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
General-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ regionunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.
Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.