This is a specific ad

Qarabağ ermənilərinə SMS göndərildi

42

Another advertisement

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

QafqazTürk.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

Nazirlik yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb.

Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Zaxarova Qarabağdakı antiterror tədbirlərindən danışdı
Öncəki yazı
აზერბაიჯანის თავდაცვის უწყება – აზერბაიჯანმა ყარაბაღში ანტიტერორისტული ოპერაცია დაიწყო