Another advertisement
“Bob Menendes Türkiyəni tanımır. Belə görünür ki, Bob Menendes heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına müsahibəsində deyib.
O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendes kimi simaların Yunanıstanın təhlükəsizliyi kimi bir sıra mövzuları bəhanə edərək Türkiyəyə “F-16” satışına mənfi yanaşmasına münasibət bildirib.
“Yunanıstanla Türkiyə qədim dostluq əlaqələrinə malikdir. Menendesin Türkiyəyə qarşı düşməncəsinə münasibəti var və bizi seçdiyi müəyyən bir müzakirə arealına çəkməyə çalışır. Ancaq biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”, – deyə dövlət başçısı vurğulayıb.