Another advertisement
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” (TSLA.O) baş direktoru İlon Maskdan Türkiyədə Tesla fabriki tikməyi xahiş edib.
Qafqaztürk “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin kommunikasiyalar idarəsi bazar ertəsi bildirib.
Məlumatda Maska istinad edərək, bir çox türk tədarükçünün artıq “Tesla” ilə işlədiyini və Türkiyənin növbəti fabrik üçün ən vacib namizədlərdən biri olduğu bildirilib.
“Tesla” sorğulara cavab verməyib.Türkiyənin dövlət Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan və Mask Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının yaxınlığındakı göydələndə yerləşən Türk Evində görüş zamanı danışıblar.Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.