ABŞ Prezidenti Co Bayden gələn həftə Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenskini qəbul edəcək.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə danışıb.
Sallivanın sözlərinə görə, Bayden Nyu-Yorkdan qayıtdıqdan sonra Zelenskini Vaşinqtonda qəbul edəcək. Görüş cümə axşamı, sentyabrın 21-də baş tutacaq.
Baydenin müşaviri qeyd edib ki, bu, iki ölkə liderlərinin Ağ Evdə üçüncü görüşü olacaq.