Birləşmiş Krallıq Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner”i rəsmən terror təşkilatı olaraq elan edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Birləşmiş Krallığın press-relizində bildirilib.
“Bu sərəncam dərhal qüvvəyə minir və Birləşmiş Krallıq Vaqner qrupuna qoşulmaq və ya aktiv şəkildə dəstəkləmək üçün cinayət məsuliyyəti yaradır. Bu,14 il həbslə cəzalandırılır“, – deyə press-relizdə qeyd edilib.