• 22 Fevral 2025 12:59

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Marneulidə genişmiqyaslı layihə həyata keçirilir

ByNiyazi Yusubov

Sen 15, 2023
Another advertisement

Marneuli şəhərində 24 saatlıq su təchizatının təmin edilməsi üçün genişmiqyaslı layihə həyata keçirilir.

Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorgi Doxturişvili, Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Aleksandre Tevdoradze iş prosesi ilə yerində tanış olublar.

Layihə çərçivəsində su təchizatı şəbəkəsi tamamilə yenilənəcək, müasirtipli nasos stansiyası və yeni su anbarları təşkil olunacaq. Paralel şəkildə, drenaj şəbəkəsinin tikintisi işləri davam etdirilir. Sözügedən layihə genişmiqyaslı olduğu üçün işlər 4 müstəqil lot üzrə aparılır.

Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən çox vəsait xərclənəcək və tamamlandıqdan sonra 22 min istifadəçi 24 saatlıq su təchizatından faydalanacaq.

İş prosesində dövlət nümayəndəsi ilə birlikdə onun müavini İlia Calağania, Marneuli Munisipalitetinin mer müavini Roin Dekanoidze və Birləşmiş Su Təchizatı Şirkətinin nümayəndələri iştirak edirdilər.