This is a specific ad

Statusu dayandırılmış tələbələrə ŞAD XƏBƏR

37

Another advertisement

“Hökumətin qərarına əsasən, statusu dayandırılan tələbələrin borcları silinəcək”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında deyib.

O, borcunun 40 milyon lari olan 30 min tələbənin statusunun dayandırıldığını bildirib.

Mən təhsildən kənarlaşdırılan tələbələrin məsələsi ilə maraqlandım və təhsil nazirindən ətraflı məlumat aldım. Təxminən 30 min tələbənin statusu maliyyə borcuna görə dayandırılıb. Ona görə də mənim qərarımda statusu dayandırılmış bu tələbələrin hamısının borcları silinəcək və statuslarını bərpa edib təhsillərini davam etdirə biləcəklər. Hazırda 30 min tələbənin cəmi 40 milyon lari borcu var. Mən nazirlərimizə, təhsil və maliyyə nazirlərinə müraciət etmək istəyirəm ki, əlaqə yaradaraq qeyd olunan məsələni dərhal həll etsinlər. Tələbələrə təhsillərini davam etdirmək imkanı yaratmaq vacibdir”, – deyə baş nazir əlavə edib.

Kateqoriya: Təhsil
Sonrakı yazı
მთავრობის გადაწყვეტილებით, სტატუსშეჩერებულ 30 ათასამდე სტუდენტს დავალიანება გაუნულდება
Öncəki yazı
საოკუპაციო ძალების წარმომადგენლებმა, სოფელ ოძისის მიმდებარედ, საქართველოს მოქალაქე დააკავეს