This is a specific ad

İşğalçı qüvvələrin nümayəndələri Gürcüstan vətəndaşını saxlayıblar

41

Another advertisement

Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazilərdə, Duşeti bələdiyyəsinin Odzei kəndi ərazisində Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə əlaqədar dərhal məlumatlandırılıblar.

“Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – deyə DTX-nın məlumatında bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
საოკუპაციო ძალების წარმომადგენლებმა, სოფელ ოძისის მიმდებარედ, საქართველოს მოქალაქე დააკავეს
Öncəki yazı
Saqarecoda avtomobil qəzası baş verib – Ölən və yaralılar var – FOTO