This is a specific ad

333 milyon uşaq ifrat yoxsulluq içindədir

49

Another advertisement

“COVID-19 pandemiyası uşaq yoxsulluğuna son qoymaq üçün mübarizənin ləngiməsinə səbəb olub”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və Dünya Bankının hazırladığı “Beynəlxalq aclıq həddinə görə yoxsulluqda yaşayan uşaqlar” adlı hesabatda qeyd olunub.

Hesabata görə, dünyada 333 milyon uşaq hələ də ifrat yoxsulluq içində yaşayır.

Gündəlik gəliri 2,15 ABŞ dollarından aşağı olan uşaqların sayı 2013-2022-ci illər arasında 383 milyondan 333 milyona düşsə də, pandemiya səbəbi ilə hədəflənən rəqəmdən 30 milyon daha az uşaq yoxsulluqdan xilas ola bilib.

Dünya Bankının Yoxsulluq və bərabərlik üzrə qlobal direktoru Luis-Felipe Lopez-Kalva bildirib ki, 333 milyon uşağın həddindən artıq yoxsulluq içində yaşadığı, təkcə əsas ehtiyacları deyil, həm də şans və ümiddən məhrum olduğu dünya qəbuledilməzdir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Saqarecoda avtomobil qəzası baş verib – Ölən və yaralılar var – FOTO
Öncəki yazı
Müxalifət Zurabişvilinin impiçmentində iştirak etməyəcək