Akaki Ceretelinin kitabı ilk dəfə Azərbaycan dilində

104

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Ceretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə ADTM Tərcümə Agentliyi məlumat yayıb.

“Akaki Ceretelinin özü və sözü haqqında” adlı ön sözlə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.

Akaki Seretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da,  kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.

Kitabın ön sözünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.

Sonrakı yazı
აკაკი წერეთლის წიგნი პირველად აზერბაიჯანულ ენაზე
Öncəki yazı
TBMM sədri: “Türkiyə və Azərbaycan bundan sonra da həmrəyliyi davam etdirəcəklər” – FOTO