This is a specific ad

İlin birinci yarısında ölkədə mənfi təbii artım – Kvemo Kartli də siyahıdadır

47

Another advertisement

“2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanda sağ doğulanların sayı 19 min 431 nəfər olub”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, həmin dövrdə ölkədə 21 min 944 nəfər dünyasını dəyişib.

“2023-cü ilin birinci yarısında təbii artım (sağ doğulanların və ölənlərin sayı arasındakı fərq) – 2 min 513 nəfər müəyyən edilib. Təbii artımın müsbət göstəricisi Tbilisi (340), Acarıstan Muxtar Respublikası (870) və Kvemo Kartli regionunda (145) qeydə alınıb.

2023-cü ilin ilk 6 ayında 10 min 366 nikah, 6 min 828 boşanma halı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Ərdoğandan mühüm mesaj: “Balkanlardan Qafqaza qədər…”
Öncəki yazı
İlin II rübünə əsasən Gürcüstanda orta əməkhaqqı