This is a specific ad

17-18 aprel tarixinə olan hava şəraiti – PROQNOZ

49

Another advertisement

Şərqi Gürcüstanda buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə duman olacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.

Məlumata əsasən Kaxeti bölgəsində temperaturun aşağı enəcəyi, gün ərzində az yağış yağacağı gözlənilir. Hava temperaturu 11-16 dərəcə olacaq.

Paytaxt Tbilisidə isə az yağış yağacağı ehtimalı var.

Şərqi Gürcüstanda isə buludlu, dumanlı hava şəraiti davam edəcək – Kaxeti bölgəsində yağış, Tbilisidə arabir yağış yağacaq.

Aprelin 18-dən etibarən yağışa baxmayaraq, bəzi ərazilərdə hava temperaturu yüksələcək. Yaxşı hava şəraiti aprelin 19 və 20-də də davam edəcək.

“Aprelin 21-dən hava şəraitinin pisləşəcəyini gözlənilir”, – deyə Milli Ətraf Mühit Agentliyindən bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Şota Mişvelidze qızıl medal qazanıb
Öncəki yazı
Berbok: “Böyük yeddilik”(G7) ölkələri Putini məqsədinə  çatmayacağına  inandırmalıdır