Böyük Britaniya öz ərazisindən tranzit kimi istifadə edəcək Rusiya və Gürcüstan vətəndaşlarından tranzit vizası tələb edəcək.
QafqazTürk.com xəbər verir ki, qərar Britaniya hökumətinin saytında dərc edilib.
Bildirilib ki, sentyabrın 8-də Birləşmiş Krallığın sərnişin vizası qaydalarına edilmiş düzəlişə əsasən Gürcüstan və Rusiya vətəndaşlarından tranzit vizası tələb olunan ölkələr siyahısına əlavə edilib.
Qeyd olunub ki, adətən bu cür hüquqi alətlər parlamentə təqdim edildikdən 21 gün sonra qüvvəyə minir, lakin sığınacaq üçün müraciət edən gürcü və rusların sayında nəzərəçarpan artım olması narahatlığı ilə əlaqədar cəmi 1 gün sonra qüvvəyə minib.
“Newland Chase” viza xidmətləri şirkətinin məlumatına görə, 2018-ci ildən bəri Gürcüstan və Rusiya vətəndaşları Böyük Britaniyanın tranzit qaydalarını sığınacaq əldə etmək məqsədilə ən çox istismar edən əcnəbilər arasındadır.
Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu iki ölkənin vətəndaşlarından tranzit vizasının tələb edilməsi tranzit məqsədilə Böyük Britaniyaya gələn və sonradan sığınacaq istəyənlərin qarşısını alacaq.