“Biz istəyirik ki, Gürcüstan sabit və güclü institutlara malik ölkə olsun. Ona görə də impiçment proseduru Gürcüstanın güclü və sabit institutları olan ölkəyə çevrilməsinə kömək etmir“.
QafqazTürk.com xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə müsahibəsində deyib.
“Mən xarici diplomat kimi prezidentin impiçmenti məsələsində çox diqqətli olmalıyam, çünki Gürcüstanın daxili işlərinə qarışmaq istəmirəm. Gürcüstanla əlaqədar istədiyimiz odur ki, sabi və güclü institutları olan bir ölkə olsun” , – deyə diplomat qeyd edib.
Bundan əlavə Salome Zurabişvili ilə görüşdə impiçment mövzusunun müzakirə edilib-edilməməsi ilə əlaqədar suala səfir belə cavab verib:
“Prezident Salome Zurabişvili ilə görüşümüzün əsas mövzusu Gürcüstanın Avropaya inteqrasiyası olub”.