COVID-19-un Omicron variantının Acrux (XBB.2.3) subvariantı Ermənistanda aşkar edilib.
QafqazTürk.com verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkələri yayılan yeni variantların riskini qiymətləndirmək üçün nəzarəti, sınaqları və ardıcıllığı artırmağa çağırıb.
Ermənistan Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qrip və COVID-19-a qarşı peyvənd etməyə çağırıb.
Şübhəli COVID-19 halları bütün tibb müəssisələrində yoxlanılır.