“Azərbaycan tərəfi sülh sazişi ilə əlaqədar Ermənistana cavab verib və yeni təkliflər təqdim edib”.
QafqazTürk.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Son təmaslarımızdan sonra Ermənistan tərəfi Azərbaycan tərəfinə münasibətlərin tənzimlənməsi və sülhün bərqərar edilməsi haqqında sazişin beşinci variantını verdi. Təkliflərimizi təqdim etmək növbəsi bizə çatdı və etdik. Sentyabrın 12-də artıq Azərbaycan tərəfdən yeni təkliflər almışıq. Proses və müzakirə var. Təbii ki, bu müddət ərzində üzbəüz danışıqlar olmayıb. “Təəssüf hissi ilə etiraf etməliyəm ki, tərəflərin mövqelərinin hələ də bir-birindən kifayət qədər uzaq olduğu mühüm məsələlər var”, – deyə Mirzoyan bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycan tərəfinin fikrincə, Ermənistanın baş nazirinin ziddiyyətli bəyanatları sülh prosesinin gələcəyini sual altına qoyur.