Another advertisement
Kvemo Kartlinin dövlət nümayəndəsi Giorgi Doxturişvilinin təşəbbüsü ilə Kvemo Kartli bələdiyyələrindən humanitar yüklər Quriyaya göndərilib.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsi meriyası məlumat yayıb.
Marneuli meriyasının məlumatına görə, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və Sakrebulo sədri Amiran Qiorqadze meriyada humanitar yüklərin səfərbər olunması prosesi ilə tanış olublar.
Meriyanın qeyd etdiyinə görə, pul Bələdiyyə Məclisinin ehtiyat fondundan ayrılaraq ilkin istehlak mallarının və məhsullarının alınmasına sərf edilib.
“Marneuli Bələdiyyəsi təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara öz dəstəyini bildirir”, – deyə Kənan Ömərov bildirib.