Ukraynada rusların öldürdüyü hərbçiyə Tbilisidə heykəl qoyuldu – FOTO

113

Gürcüstanın paytaxtı Tbilisidə “Slava Ukraini” ifadəsinə görə Rusiya ordusu tərəfindən güllələnən məşhur hərbçiyə heykəl qoyulub.

QafqazTürk.com xəbər verir ki, Aleksandr Matsievskinin heykəli Tbilisidəki klinikalardan birinin həyətində yerləşir.

Heykəlin müəllifi və kim tərəfindən qoyulduğu məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin əvvəlində baş verib. Əsir düşən hərbçi “Slava Ukraini” dediyinə görə rus hərbçilər tərəfindən güllələnib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Çerniqov vilayətinin ərazi müdafiəsinin 119-cu əlahiddə briqadasının 163-cü batalyonunun döyüşçüsü olmuş Aleksandr Matsiyevskinin nəşi Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi çərçivəsində ailəsinə təhvil verilib. Qohumları onun şəxsiyyətini Kiyevdəki morqda müəyyən ediblər. Moldova vətəndaşı olan hərbçi Volodimir Zelenski tərəfindən “Ukrayna Qəhrəmanı” medalı ilə təltif edilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Müharibənin sonuna qədər Aİ Rusiyaya viza məhdudiyyətini davam etdirəcək
Öncəki yazı
Polşa Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacağını elan etdi