Türkiyədə kripto fırıldaqçısına 11 min 196 il həbs cəzası verilib

122

“Thodex” kriptovalyuta birjasının qurucusu və rəhbəri Faruk Fatih Özer fırıldaqçılıq ittihamı ilə 11 min 196 il müddətinə azadlıqdan məhrum edilib.

Özer bundan əvvəl ədalətdən qaçmaq məqsədilə Türkiyəni tərk etmişdi, lakin Albaniyada saxlanılmışdı. Daha sonra o, istintaq üçün vətəninə təhvil verilib.İş zamanı 21 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 7-si hazırda həbsdədir.

Qeyd olunur ki, Todoks hərəkətləri nəticəsində ümumilikdə 2027 nəfərə milyonlarla türk lirəsi zərər dəyib. Dələduzluğun ümumi məbləği 257 milyon 862 min 432 lirə təşkil edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Latviya Rusiya qeydiyyat nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdi
Öncəki yazı
საგამოძიებო სამსახურმა ბრილიანტების კონტრაბანდის ფაქტზე უცხო ქვეყნის მოქალაქე დააკავა