Gürcüstanın gömrük sərhədində gömrük nəzarətindən gizlənərək xüsusilə külli miqdarda brilyant keçirən xarici ölkə vətəndaşı saxlanılıb.
Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatında deyilir.
Agentlikdən verilən məlumata görə, istintaq xidmətinin əməkdaşları gəlirlər xidmətinin gömrük idarəsi ilə razılaşdırılaraq həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstünü açıblar.