This is a specific ad

Hindistanda keçmiş siyasətçisi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib

85

Another advertisement

Hindistanda adam oğurluğunda təqsirli bilinən keçmiş siyasətçi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib.

Bu barədə “CNN” məlumat yayıb.

Polisin müşayiəti altında olan Əhməd Allahabad kimi tanınan Prayaqrac şəhərində jurnalistlərlə danışarkən başına silah tuşlanıb. Tapançadan açılan atəşlərdən sonra özlərini jurnalist kimi təqdim edən üç nəfər polisə təslim olub və onlar nəzarətə götürülüblər.

Qardaşlar hadisə yerində keçiniblər, daha iki nəfər yaralanıb. Əhmədin yeniyetmə oğlu bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü. Əhməd daha əvvəl polisin onun həyatını təhdid etdiyini iddia etmişdi.

Hadisədən sonra baş nazir Yoqi Adityanath qətllərlə bağlı məhkəmə araşdırması aparılmasına göstəriş verib və Uttar-Pradeş ştatının bəzi yerlərində böyük toplantıları qadağan edib.

Sonrakı yazı
Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib
Öncəki yazı
Gənc xeyriyyəçi Minurə Mustafayeva Kamerunda iftar süfrəsi açıb – VİDEO