Penitensiar İdarə Kutaisidə 2-ci Cəzaçəkmə Müəssisəsində məhbusların iğtişaşının olması barədə məlumatı təkzib edir.
Qafqaztürk.com xəbər verir ki, Penitensiar İdarədən verilən məlumata görə, müəssisədə iğtişaş olmayıb.
“Müəssisə adi qaydada işləyir və heç bir iğtişaş yaşanmayıb”, – Çapidze deyir.
Məlumat üçün bildirək ki, bu gün sosial şəbəkədə Kutaisi şəhərinin 2-ci cəzaçəkmə müəssisəsində iğtişaş olduğu və 50-yə yaxın məhbusun özünə xəsarət yetirdiyi barədə məlumat yayılıb.
Yaralı məhbusların vəkili Natia Çxetianinin açıqlamasına görə, 50 məhbusun aclıq elan edib, özlərinə xəsarət yetirmələrinin səbəbi həbsxanada tibbi xidmətin demək olar ki mövcud olmamasıdır.