Marneulidə “USAID Yerli Özünüidarəetmə Proqramı” çərçivəsində görüş keçirilib

105

Dünən, 11 sentyabr 2023-cü il tarixində Marneuli bələdiyyə binasında USAID Yerli Özünüidarəetmə Proqramı çərçivəsində görüş keçirilib.

QafqazTürk.com xəbər verir ki, görüşdə proqramın üzvü İrma Xvedelianı, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və QafqazTürk.com xəbər portalının redaktoru Hacı Xəlilov iştirak etdilər.

Dəyirmi masa ətrafında baş tutan görüşdə Marneuli bələdiyyəsində mövcud olan problemlər və onların həlli məsələsi müzakirə edildi.

Bununla yanaşı, bir sıra təkliflər və bu təkliflərin həyata keçirilməsi barədə söhbət oldu.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyədə iPhone 15-in qiyməti
Öncəki yazı
მთავრობა შიდა ფრენების განვითარებისთვის ვერტოდრომების მშენებლობას იწყებს